DİQQƏT! - Bu göyərti zəhərlənməyə səbəb olur

  • 2023.02.18 13:47
  • 5746 Baxış
DİQQƏT! -  Bu göyərti zəhərlənməyə səbəb olur
Göyərtilər vitaminlərlə zəngindir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə ispanaq bəzi xroniki xəstəliklərdən qoruyur və əzələləri gücləndirir.

İspanağın tərkibində çoxlu C və B vitaminləri var və kalsium baxımından çox zəngin qidadır. Antioksidant xüsusiyyəti yüksək olan ispanağın faydaları ilə yanaşı, yanlış istehlak edildikdə zərərli təsirləri də var.


İspanağın səhv istehlakı bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Yüksək istiyə məruz qaldıqda sağlamlıq üçün çox zərərlidir.

İspanaqdan zəhərlənmənin əlamətləri:

- zəiflik

- baş ağrısı

- ürəkbulanma

- mədə krampları

- qızdırma

- bulanıq görmə

- bəzi hallarda qanlı ishal görünə bilər.