Diş poliklinikasında çürümüş kişi meyiti tapıldı

  • 2025.11.20 15:46
  • 83 Baxış
Diş poliklinikasında çürümüş kişi meyiti tapıldı


Cəlilabad şəhərində diş poliklinikasında çoxdan öldüyü bilinən, çürümüş meyit tapılıb.

Medicina.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində yerləşən fəaliyyət göstərməyən tibb müəssisəsinin ikinci mərtəbəsində qeydə alınıb.

Meyiti çürüməyə məruz qalmış şəxsin 1976-cı il təvəllüdlü Cavid Səftər oğlu Əkbərov olması müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.