Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dişində parodontit olanlar insult keçirə bilər

  • 2024.02.06 16:53
  • 920 Baxış
Dişində parodontit olanlar insult keçirə    bilər


Damaq, diş əti iltihabı xəstələr tərəfindən ciddi qəbul edilmir. Burda nə var ki, bir balaca şişib və qanayır.


Vaxtım olanda stomatoloqa gedərəm deyərək, özlərinə gələcək üçün ciddi problem yaradırlar.


“Medicina” xəbər verir ki, stomatoloq Tatyana Sumçova ağız boşluğu ilə ürək xəstəlikləri arasında əlaqənin olduğunu bildirib.

“Bu barədə hələ qədim təbiblər bilirdi.

Bir çox ölkələrdə ötən əsrin 90-cı illərindən bu mövzuda elmi araşdırmalar aparılıb.

Nəticələr heç də ürəkaçan deyil: parodondit ateroskleroz və insultun triggeri ola bilər.
İnsult isə ölümlə nəticələnən xəstəlikdir.

Amerika Kardiologiya Assosiasiyasının yeni məqaləsini məhz bu başlıqla paylaşıb: “Parodondot və damarların aterosklerozu? Elmi sübutlarla əlaqəsi”.

Statistika və rəqəmlər göstərib ki, parodontitli xəstələrin insult olma riski 1,48 dəfə çoxdur, nəinki ağız boşluğu sağlam olanlar.


Əgər bir insanın damağında iltihab varsa, digər orqanlarla da qan vasitəsilə problem yarana bilər.


Ağız boşluğu probleminin həlli diaqnostika olunmamış şəkərli diabet, ateroskleroz, ürək, beyin xəstəliklərinin qarşısını ala bilər.


Bundan başqa damar tıxanmasına səbəb olan digər faktorları da unutmaq olmaz:


- Siqaret, nikotin
- Oturaq iş
- Zərərli qidalanma
- Zərərli iş
- Diabet
- Piylənmə


Burdan nəticə çıxarmaq olar ki, insultdan qorunmaq üçün mütləq bu problemlər üzrə mütəxəssislərlə işləmək lazımdır.

Amma parodontla insult arasında əlaqə tam sübut olunduğu üçün birinci dişlərin müalicəsindən başlaya bilərsiz”.

Aygün Musayeva