Dişlərimiz niyə saralır? - Türkiyəli həkimdən məsləhət

  • 2023.05.05 09:35
  • 1544 Baxış
Dişlərimiz niyə saralır? -  Türkiyəli həkimdən məsləhət
Dişlərimizin saralmasının səbəbi nədir? Müalicə etmək mümkündürmü?


Bakupost.az xəbər verir ki, türkiyəli həkim Fırat Toktamışoğlu diş saralması probleminə həll yolları açıqlayıb.





Onun sözlərinə görə, diş saralması diş rənginə birbaşa təsir edən melatonin və digər piqmentlərin səviyyəsindən asılıdır.:


“Həmçinin, siqaret, çay, qəhvə, kola və digər rəngli içkilər də dişlərin saralmasını sürətləndirir”.


Həkim qeyd edib ki, ağ dişlərə sahib olmaq üçün ən ideal həll dişlərin ağardılması üsuludur:


“Dişlərin ağardılması prosesində diş səthindəki ləkələr çıxarılır. Dişlərə xüsusi ağardıcı gellər tətbiq edir. Daha sonra gellər xüsusi olaraq hazırlanmış işıq və ya lazerlə aktivləşdirilir. Prosedurun müddəti adətən 1-2 saat ilə məhdudlaşır. Nəticələri isə dərhal görmək mümkündür. Lakin xəstələrin dişlərinin sağlamlığı və ağartma prosesinin uyğunluğuna görə nəticələr fərqli ola bilər. Məsələn, ağartma prosesi kariyes və ya diş əti problemi olan insanlara, xroniki xəstəlikləri olan şəxslərə tövsiyə olunmur. Bu prosedurdan əvvəl diş həkiminə müraciət edilməlidir”.


Toktamışoğlu, son vaxtlar bu üsula tələbatın çoxaldığını bildirib. Həmçinin, bu prosesin psixologiyaya təsirini də qeyd edib:


“Dişlərin saralması təkcə fiziki problem deyil. Psixoloji təsir də göstərir. Bu, insanların həm sosial, həm də iş həyatında özünə inamını aşağı salır”.