Dizlərin xırçıldamasının səbəbləri

  • 2023.06.07 16:05
  • 1102 Baxış
Dizlərin xırçıldamasının səbəbləri
Oynaqlar bədənimizin əsas hərəkət mənbəyidir. Diz oynağının artrozu yaşla və ya zədələrlə bağlıdır.

Məhz bu səbəblərdən içəridəki sümüklərin birləşməsini əhatə edən qığırdaq toxuması tədricən parçalanmağa başlayır.


“Medicina” xəbər verir ki, ortoped İvan Rassoxinin sözlərinə görə, dizlərdə xırçıltı, şaqqıltı olması patoloji proseslərin baş verdiyi bir siqnaldır.

Bunun bir neçə səbəbi var:

Plostoskopya – yastıpəncəlilik

Adətən. bu cür pəncə formasına malik olanlar hərbi xidmətə yararsız hesab edilir.
Amma diaqnoz nə qədər gülünc səslənsə də, belə ayaqlar dizdə qeyri-bərabər bir yükə və qığırdaq toxumasında sürtünmənin artmasına səbəb olur.

Bu insanda təkcə diskomfort deyil, həm də hərəkət edərkən ağrıya səbəb ola bilər.

Sinovial mayenin azalması

Bu dizin hərəkətini yumşaldan sürtkü yağdır. Bu yağ azalanda əzələlərimiz hərəkətsiz olmağa başlayır. Daha çox gəzmək və idman etmək bu problemlərin qarşısını ala bilər.

Həzm sisteminin düzgün işləməməsi

İntraartikulyar yağlama bağırsaqda mürəkkəb fizioloji proseslər vasitəsilə bədəndə istehsal olunur. Qaraciyər və öd kisəsi ilə bağlı problemləriniz varsa, bu, oynaqlarınızın vəziyyətinə mənfi təsir göstərə bilər.

Aynurə Məmmədova