Dodaq dolğusu etdirən qızın həyatı qaraldı

  • 2020.02.20 10:18
  • 9548 Baxış
Dodaq dolğusu etdirən qızın həyatı qaraldı
24 yaşlı gənc qız sosial şəbəkədən tapdığı estetik həkiminə dodaq dolğusu etdirib. Lakin istədiyi nəticəni almayıb, üstəlik dodaqları getdikcə pis vəziyyətə qalıb.

Medicina.az xəbər verir ki, ilk dəfə dolğu etdirdikdən 3 ay sonra proses yenidən təkrarlanıb. Lakin bir müddət sonra onun dodaqları iltihablaşaraq şişib. Bundan sonra türkiyəli Deniz təkrar həkimə gedərək dodağını sağaltmasını istəyib.

Həkim ona antibiotik müalicəsinə başlamalı olduğunu deyib və dodağındakı geli əritmək üçün başqa bir prosesə başlayıb.LAkin edilən heç bir proses onun dodaqlarını sağaltmayıb. ÇArəsiz qalan qız məhkəməyə gedərək həkimi şikayət edib.

Həkim isə özündə səhv görməyərək,dodağa vurulan gelə hər orqanizmin müxtəlif cür reaksiya verə bildiyini deyib.