Dodaq gelləri və botoks reseptlə satılmalıdır

  • 2022.09.21 14:01
  • 1240 Baxış
 Dodaq gelləri və botoks reseptlə satılmalıdır


Dodağa vurulan gel, botoks preparatı indiki kimi açıq rahat yox, reseptlə aptekdən satılmalıdır.


"Medicina" xəbər verir ki, müxtəlif kosmetik prosedurlarda istifadə edilən fillerlər və botoks aptekdə olmalıdır.


Britaniya parlamentinin üzvləri ölkədə fillerlərin reseptlə satılmasını qanunla təmin etməyə çağırıb.

Son zamanlar sosial şəbəkə bloger və modellərin hər gün filler, dolğu, botoks təbliğ etməsilə ilə qadınların beyninə təsir olur.

Minlərlə qadın onlar kimi görünmək istəyərək müxtəlif əməliyyat və prosedurlara gedirlər.

Amma çox vaxt blogerlər fotolarını müxtəlif proqramlarla dəyişib, reallıqdan kənar formada təqdim edirlər.

Parlament üzvləri bildirir ki, reklam xarakterli paylaşımlarda qanunla xüsusi loqotipin olması tələbi qoyulmalıdır.

Orda bu fotonun real olmadığı və xüsusi proqram nəticəsi olduğu izləyicilərə çatdırılmalıdır.

Milyonlarla izləyicilərin saxta fotolarla aldadılmasına imkan vermək olmaz.

Eləcə də konveyner üsulu ilə hamının eyni dodaq, alıbn, buruna sahib olmasının qarşısını da almaq lazımdır.


Aygün Musayeva