Doğuş və əmizdirməyin süd vəzi xərçənginə təsiri varmı?

  • 2022.10.17 15:02
  • 1437 Baxış
Doğuş və əmizdirməyin süd vəzi xərçənginə təsiri varmı?


Sovet dövründən bir çox həkimlər bildirir ki, uşaq doğmaq və süd vermək qadınlarda süd vəzi sağlamlığı üçün vacibdir. Bir neçə dəfə doğum edəndə hətta düyünlər çəkilir.


"Medicina" xəbər verir ki, alimlər 47 tədqiqatda döşlə əmizdirən qadınları bir neçə il müşahidə ediblər.

Məlum olub ki, körpəni 1 il əmizdirən qadınlarda süd vəzi şişləri riski heç və ya az əmizdirənlərə nisbətən aşağıdır.
2 il əmizdirənlərdə isə 1 il əmizdirənə nisbətdə 2 dəfə xərçəng riski düşür.

Onkoloq doğuşun xərçəngə təsirini şübhə altına alır. Çünki bir neçə dəfə hamilə qalıb, doğuş edən qadınlar arasında da süd vəzi xərçəngi çoxdur.

Amma 35 yaşdan sonra ilk doğuşunu edənlərdə süd vəzi riski artır. Belə ki, uşaq doğuşu riski azaltmır.
Qadınlar 40 yaşa qədər ildə 1 dəfə süd vəzi skrininqindən keçib, hər hansı şiş, düyün aşkarlanırsa, bu 90% hallarda onkoloji deyil.

40 yaşa qədər 5% qadında şiş görülür, rəqəmlər 40-45 yaş arası artır: 20%. Ona görə də 40 yaşdan sonra 6 aydan bir müayinə olunun.


Aygün Musayeva