"Doktor Seyfəddin klinikası" açıldı - Bizdə olan müalicə dünyada yoxdur

  • 2022.10.01 15:33
  • 7115 Baxış
"Doktor Seyfəddin klinikası" açıldı -  Bizdə olan müalicə dünyada yoxdur
Bu gün məşhur həkim, apiterapist və xalq təbabəti üzrə müalicə mütəxəssisi Seyfəddin Əsədin klinikasının açılışı baş tutub.


"Medicina" xəbər verir ki, "Doktor Seyfəddin Klinikası"sının "Həzi Aslanov" metrostansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsi, 66B ünvanında təqdimat mərasimi olub.


Klinikanın rəhbəri Seyfəddin Əsəd açılış nitqində xidmətləri barədə məlumat verib.


"İndiyə qədər insanların sağlamlıqlarının keşiyində dayanmışıq. Bundan sonra daha geniş imkanlarımız olacaq. Bizdə olan müalicə üsulları dünyanın heç bir yerində yoxdur. Arı, zəli və digər üsullarla təbii müalicə edirik. İnsanlar bundan sonra da bizdən razı qalacaqlar".


Tədbirdə tanınmış ziyalı Şaiq Əfəndiyev, Milli Kulinariya Mərkəzinin keçmiş rəhbəri Tahir Əmiraslanov çıxış edərək, doktora və klinikaya uğurlar arzulayıblar.


Daha sonra ilk pasiyentlər qəbul edilib.



MEDİCİNA.AZ