"Donbasda nüvə silahı atıla bilər, belə bir plan var" - Oliver Stoun

  • 2022.05.06 14:45
  • 2108 Baxış
"Donbasda nüvə silahı atıla bilər, belə bir plan var"  - Oliver Stoun


Məşhur amerikan kinorejissoru, hərbə aid bədii və sənədli filmlər müəllifi Oliver Stoun ABŞ və kollektiv Qərbin Ukraynada mümkün planları barədə şəxsi hesabında fikrini yazıb.



Bakupost.az xəbər verir ki, o, Donbasda taktiki nüvə silahının istifadə olunacağını ehtimal edir.

Bu ssenarini daha realistik hesab edir.


“Son həftələr Ağ evin və hardansa peyda olmuş, Viktoriya Nulandın bizi və rusları sanki nəyəsə hazırlaşdırırmış kimi çıxışları belə düşünməyə əsas verir. Sanki Rusiyanın nüvə silahı tətbiq edəcəyi zamanı cəmiyyətin ümumi fikrini öncədən öyrənməyə hazırlaşırlar.
Aparıcılar, rəsmi simalar son günlər rusların nüvə silahı atacağı barədə tezislər səsləndirir.

Nəyə görə bu ideya təkrar və yenidən dəfələlər müzakirəyə atılır.

Bəlkə elə nüvə silahını ABŞ atacaq, amma bütün dünya komanda şəklində Rusiyanı ittiham edəcək? Donbasda minlərlə ukraynalının ölümünə səbəb olacaq cüzi bir sınaq vəziyyəti kökündən dəyişə bilər.

Niyə də yox. Mən belə hiss edirəm. Amerikanın məqsədi Rusiyada kresloya daha bir Yelsin kimisini çıxarmaqdır.
İkinci məqsəd Çini Rusiyadan uzaqlaşdırmaq, təkləməkdir”.


Aygün Musayeva
BakuPost