Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dondurmalarda təhlükə... - AQTA araşdırdı

  • 2025.07.17 13:01
  • 189 Baxış
Dondurmalarda təhlükə... -  AQTA araşdırdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib.

Medicina.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Məlumatda bildirilib ki, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb.

"Xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb olunur. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir", - deyə məlumatda qeyd edilib.