Dönərdən kütləvi zəhərlənmə - 67 tələbə xəstəxanalıq oldu

  • 2019.11.04 09:33
  • 6634 Baxış
Dönərdən kütləvi zəhərlənmə -  67 tələbə xəstəxanalıq oldu


Türkiyənin Afyonkarahisar şəhərində universitet tələbələri toyuq dönərindən kütləvi şəkildə zəhərləniblər.

 
Medicina.az xəbər verir
ki, hadisə universitetdən kənar yerdə baş verib. Zəhərlənənlərin
əksəriyyəti təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.




Ən son məlumata görə, zəhərlənən tələbələrdən 67-si
Afyonkarahisar Dövlət Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı
istintaq başlanıb.