- İndi isə hamını heyrətləndirir/ FOTODoğulanda beyni yox idi

  • 2017.10.26 19:18
  • 17300 Baxış
- İndi isə hamını heyrətləndirir/ FOTO Doğulanda beyni yox idi
Doğulanda yaşayacağına həkimlərin belə inanmadığı Noy adlı uşaq artıq 4 yaşına qədəm qoyub.

Medicina.az xəbər verir ki, neyrocərrah anadangəlmə hidrosefaliya, beyində maye toplanması ilə doğulan Noyun yaşamasını möcüzə hesab edir.

Noy doğulmamışdan əvvəl valideynləri özlərini onun ölümünə hazırlamışdılar. Uşaq doğulanda onun 2 faizdən də az beyni var idi. Bundan əlavə, onun beldən aşağı hissəsi iflic vəziyyətində idi. 

Həkimlər 6 saatlıq əməliyyatla körpənin belinə dayaq tikib, kəlləsinə şunt yerləşdirib, artıq mayenin çıxarılmasını təmin etdilər. Həkimlərin ümidsizliyinə rəğmən uşaq yaşadı, 2 həftə sonra evə yazıldı. Valideynlər isə uşağı elə qayğıyla əhatə etdilər ki, 3 yaşına kimi onun beyni 80%-ə kimi genişləndi və normal beyinə çatdı. 

İndi 4 yaşı olan Noyun beyni inkişaf etməyə davam edir, bədən və beyin məşğələləri nəticəsində uşaq yazmağı, saymağı öyrənib, məktəbə hazırlaşır. Şən, qayğıkeş, ağıllı Noy anası-atası kefsiz olanda onları güldürür. Əlil arabası ilə hərəkət edən Noy halından məmnundur. 

Atası isə gələcəkdə əməliyyatlar və ya xüsusi cihazlarla da olsa oğlunun gəzəcəyi günə inanır. 