DSX-nin 21 yaşlı kursantı xərçəngdən vəfat etdi

  • 2022.04.13 17:56
  • 2335 Baxış
DSX-nin 21 yaşlı kursantı  xərçəngdən      vəfat etdi


Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DSX-dən bildirilib.

“Həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq, hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb”, - deyə qeyd edilib.