Dünən neçə nəfər tonqala yıxılıb?

  • 2024.03.06 15:44
  • 447 Baxış
Dünən neçə nəfər tonqala yıxılıb?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət alanlar barədə açıqlama verib.

"Medicina" xəbər verir ki, martın 5-i, axşam saatlarında paytaxt Bakıda və Sabirabad rayonu ərazisində ümumilikdə üç nəfər Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət alıb:

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 23:30-da Xətai rayonu Gəncə prospekti 63 M ünvanından 2015-ci il təvəllüdlü (kişi cinsli) şəxsin tonqala yıxılaraq xəsarət alması səbəbi ilə çağırış daxil olub.

O, sol budun yuxarı üçdə birinin qəlpəli sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin Uşaq travmatologiya və ortopediya şöbəsinə hospitalizasiya olunub. Yüngül yanıq xəsarətləri də alan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.


Analoji hadisə Sabirabad rayonunda da qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü və 2021-ci il təvəllüdlü (hər iksi kişi cinsli olmaqla) azyaşlılar hər iki əlin yanığı diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar”, - deyə qeyd edilib.

Qeyd edək ki, ötən gün Od çərşənbəsində tonqaldan tullanan uşaqlar toqquşaraq alova yıxılıblar.