Dünən seçkidə daha bir kişi ölüb

  • 2024.02.08 15:29
  • 713 Baxış
Dünən seçkidə daha bir kişi ölüb

Fevralın 7-də Kürdəmir rayonunda növbədənkənar prezident seçkilərində səs vermək üçün gələn vətəndaş məntəqədə ölüb.



"Medicina" "Report"-a istinadla xəbər verir ki, rayonun Carlı kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov Carlı kənd orta məktəbinin binasında yerləşən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs vermək üçün gəldiyi vaxt məntəqədə ölüb.



Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.