Dünən yol qəzalarında 7 nəfər yaralanıb

  • 2023.02.25 10:15
  • 1298 Baxış
Dünən yol qəzalarında 7 nəfər yaralanıb
Ötən gün Azərbaycanda yol qəzalarında 1 nəfər ölüb.


Bu barədə Medcina.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 24-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd edilib ki, nəticədə 1 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.