Dünəndən qalma bu qidaları yemək olmaz

  • 2023.05.22 14:35
  • 1616 Baxış
Dünəndən qalma bu qidaları yemək  olmaz
Yenidən qızdırılan, 1-2 günlük boyat yeməklərin orqanizmimizə nə qədər ziyan olduğunu bilmirik. Belə qidalar zəhərlənmələrə belə gətirib çıxarda bilər.

“Medicina” xəbər verir ki, avstryalı diyetoloq Kim Lindseyin sözlərinə görə, dünəndən qalan bu qidaları yemək olmaz:


1.Bişmiş yumurta - Çiy yumurta soyuducuda altı həftəyə qədər saxlanıla bilər. Bişmiş və ya qayğanaq edilmiş yumurta otaq temperaturunda qalarsa, bu ağır zəhərlənməyə səbəb olan patogen salmonellaların çoxalmasna şərait yaradır.
Yumurtalı qidalar ( salatlar da daxil) soyuducuda saxlanmalıdır. Soyuducudan kənarda soyuq havalarda 2 saat, isti havalarda isə 1 saat qala bilər.


2.Düyü - Qaynadılmış düyüdə Bacillus cereus bakteriyası ola bilər. Bakteriyaların sporları istiliyə son dərəcə davamlıdır. Ertəsi gün soyuducuda saxlanmamış yeməyi yemək qərarına gəlsəniz, o sizi ishal, qusma və qarın ağrısı ilə təhdid edə bilər.

3.İspanaq - İspanaq yarpaqları azot turşusu duzları, nitratlarla çox zəngindir. Özlüyündə bu maddələr zərərsizdir, lakin insan orqanizmində nitratlar kanserogen xüsusiyyətlərə malik olan nitrozaminlərə çevrilir. Bundan əlavə, ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlər düzgün yuyulmazsa, ciddi bakterial infeksiya olan listerioz riski altında ola bilərsiniz.

4.Kartof - Düyüdə olduğu kimi, problem dünəndən qalan kartofun yenidən qızdırılmasında deyil, soyuducudan kənarda qalmasındadır. Çünki orada Clostridium botulinum bakteriyası çoxalmağa başlaya bilər ki, bu da botulizmə - bakteriyanın istehsal etdiyi toksinlərlə zəhərlənmə nəticəsində sinir sisteminin zədələnməsinə səbəb olur.

Günay Quluzadə