Çay dəmi yalnız təzə dəmlənib içilməlidir?
Medicina.az xəbər verir ki, diyetoloq İrina Kadırova çay dəmləndikdən sonrakı gün içməyin təhlükələri barədə xəbərdarlıq etdi.
Mütəxəssisin sözlərinə görə, dünənki çay təkcə dadı pisləşdirmir, həm də çay yarpaqlarından ifraz olunan taninlərin konsentrasiyasını əhəmiyyətli dərəcədə artırır. İnsan bədənində taninlər güclü sorbent kimi çıxış edir və faydalı qida maddələrinin udulmasının qarşısını alır:
"Çay yarpaqlarından olan taninlər bağırsaqlarda faydalı maddələri bloklayır və onları bədəndən çıxarır ki, bu da vitamin və mineralların itirilməsinə səbəb ola bilər”.
Çay otaq temperaturunda süfrədə təxminən bir gün qalsa, bakteriya və mikroorqanizmlər orada toplanmağa başlayır və onu içmək zəhərlənməyə səbəb ola bilər. Dəmlənmiş çay otaq temperaturunda nə qədər uzun müddət saxlanılırsa, infeksiya riski bir o qədər yüksəkdir.
"Ümumiyyətlə, mənfi sağlamlıq nəticələrinin qarşısını almaq üçün təzə dəmlənmiş çay içmək və qalıqları ertəsi günə saxlamamaq lazımdır", - deyə izah edib.
Aygün Musayeva