Dünya çempionu koronavirusa yoluxdu

  • 2020.12.01 12:51
  • 1053 Baxış
Dünya çempionu koronavirusa yoluxdu

Britaniyalı Formula 1 pilotu, yeddiqat dünya çempionu Lyuis Hemilton koronavirusa yoluxub.

Bu barədə Formula 1-in “Twitter” səhifəsində bildirib.

Qeyd olunur ki, ötən həftə sonu pilot Bəhreyn Qran-prisində qalib gəldikdən sonra özünü pis hiss edib. Yekunda L.Hemiltonun verdiyi koronavirus testi müsbət nəticələnib.

İdmançının Formula-1 mövsümünün son mərhələsində iştirak etməyəcəyi bildirilib.