"Dünya əhalisinin 2/3-si koronavirusa yoluxa bilər" - ÜST

  • 2020.02.14 12:11
  • 2632 Baxış
"Dünya əhalisinin 2/3-si koronavirusa yoluxa bilər" -   ÜST
Dünya əhalisinin 2/3-si koronavirusa (COVID-19) yoluxa bilər.

Bu barədə Çində virusun yoluxma imkanlarını araşdıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi İra Longini bildirib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, milyardlarla insanın koronavirusa yoluxması mümkündür:

“Elan edilən karantinlər koronavirusun yayılmasını ləngidə bilər. Ancaq bu virusun Çində və digər ölkələrdə sürətlə yayılma potensialı böyükdür”.

İ.Longininin hesablamalarına əsasən, virusa yoluxmuş bir insan xəstəliyi iki-üç nəfərə ötürə bilir.

“Sürətli testlərin olmaması və bəzi insanlarda infeksiyanın nisbi yumşaqlığı onun yayılmasını izləməyi çətinləşdirir. Virusun yayılmasını azaltmaq üçün vasitə olsa belə, demək olar dünya əhalisinin 2/3-sinin bu virusa yoluxma təhlükəsi var. Karantin virusu dayandırmaq iqtidarında deyil”, - deyə tədqiqatçı vurğulayıb.