Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünya gələcək pandemiyalara hazırlaşır - ÜST

  • 2025.05.20 17:35
  • 57 Baxış
 Dünya gələcək pandemiyalara hazırlaşır   - ÜST


Cenevrədə keçirilən ÜST illik Assambleyasında üzv ölkələr gələcək pandemiyalardan qlobal miqyasda qorunmanı hədəfləyən yeni sazişi qəbul ediblər.


"Medicina" xəbər verir ki, Tedros Adhanom Qebreyesus bildirib ki, bu saziş COVID-19 pandemiyası zamanı yaşanan ağır itkilərin təkrarlanmaması məqsədilə hazırlanıb.

Sazişin əsas elementi PABS adlı mexanizmdir. Bu çərçivədə peyvəndlərin, diaqnostik testlərin və dərman preparatlarının istehsal texnologiyalarının paylaşılmasına xüsusi önəm veriləcək.

Sazişin tam qüvvəyə minməsi 2 il sonraya gözlənilir.

PABS - ÜST tərəfindən pandemiyaların qarşısının alınması, onlara hazırlıq, cavab tədbirləri və bərpa prosesini əhatə edən mümkün bir sistemdir.

medicina.az