Dünya ölkələri koronavirusa yoluxma sayına görə Çini ötdü

  • 2020.03.15 22:49
  • 4677 Baxış
Dünya ölkələri koronavirusa yoluxma sayına görə   Çini ötdü
Çindən kənarda koronavirusla yoluxma hallarının ümumi sayı Çin Xalq Respublikasında yoluxma hallarının sayını ötüb.

Bununla bağlı rəqəmlər Çin hakimiyyətinin müxbirlər tərəfindən yığılmış rəsmi bəyanatları və 120-dən çox ölkədə ekspertlərin hesablamalarında qeyd edilib.


Hazırda Çində koronavirusa 81 min 28 yoluxma hadisəsi qeydə alınıb, ölkədən kənarda isə 81 min 321 nəfər koronavirus xəstəsidir.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.