"Dünya uçurumun kənarındadır və böyük təhlükə qarşısındayıq" - BMT baş katibi

  • 2021.09.22 15:15
  • 1826 Baxış
"Dünya uçurumun kənarındadır və  böyük təhlükə qarşısındayıq" -  BMT baş katibi
BMT-nin Baş katibi: “Uçurumun kənarındayıq”

Bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında təşkilatın rəhbəri Antonio Qutyerreş bəyan edib.

“Mən həyəcan elan etmək üçün buradayam. Dünya ayılmalıdır. Biz uçurumun kənarındayıq və yanlış istiqamətdə hərəkət edirik. Dünyamız hələ heç zaman belə böyük təhlükə ilə qarşılaşmayıb və bu qədər güclü parçalanmayıb”, - deyə Qutyerreş bildirib.

O, koronavirus pandemiyası və iqlim dəyişikliyi fonunda mövcud qlobal problemlərin daha ciddi şəkil aldığını vurğulayıb.