Dünya üzrə COVID-19-a yoluxma statistikası: 98 milyonu keçdi

  • 2021.01.22 09:58
  • 1045 Baxış
Dünya üzrə COVID-19-a yoluxma statistikası: 98 milyonu keçdi
Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 98 milyonu ötüb.

Bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 98 086 978 nəfər koronavirusa yoluxub, 2 100 341 nəfər bu virusdan dünyasını dəyişib, 70 464 852 nəfər sağalıb.

Hazırda dünyada 25 521 785 aktiv koronavirus xəstəsi var ki, onlardan da 111 295-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.