Dünyada yoluxanların 20%-ni həkimlər təşkil edir - TƏBİB

  • 2020.11.19 14:46
  • 1168 Baxış
Dünyada yoluxanların 20%-ni həkimlər təşkil edir -  TƏBİB

“Azərbaycanda da həkimlər arasında koronavirusa yoluxmalar var”.

Bunu bu gün TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bütün dünyada risk qruplarından ilk yerdə həkimlərdir: “Çünki onlar bilavasitə xəstələrlə işləyirlər. Dünya statistikasında yoluxmaların 20%-ni məhz həkimlər təşkil edir. Biz də həkimlərin koronavirusa yoluxmaması istiqamətində işlər aparırıq. Bütün tibb müəssisələrində yoluxmaları izləyirik. Yerində bununla bağlı lokal tədbirlər həyata keçirilir”.