Dünyada 25 min insan meymunçiçəyinə yoluxub -ÜST

  • 2022.10.01 15:24
  • 801 Baxış
Dünyada 25 min insan meymunçiçəyinə yoluxub  -ÜST


Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bölgəsi son hesabatında meymunçiçəyi epidemiyası ilə bağlı son məlumatları paylaşılıb.

Medicina.az xəbər verir ki, hesabatda 27 sentyabr tarixinə Avropada yoluxma sayının 24 622-yə yüksəldiyi, Avropanın 44 ölkəsində virusun mövcud olduğu bildirilib. Qeyd olunub ki, yoluxanların əksəriyyəti 31-40 yaş arasında və 96 faizi həmcinsi ilə cinsi əlaqədə olan kişilərdir.

Xəstələrin 96 faizində virus əlamətlərinin qızartı və qaşınma ilə, 68 faizində isə yüksək hərarət, yorğunluq və əzələ ağrısı ilə müşahidə olunduğu vurğulanıb.

Ən çox yoluxmanın İspaniyada (7 min 149 nəfər), Fransa, İngiltərə və Almaniyada (3 min) olduğu bildirilib.

Aygün M