Dünyada COVID-19-la bağlı son statistika: 71 milyonu ötdü

  • 2020.12.12 08:44
  • 1269 Baxış
Dünyada COVID-19-la bağlı son statistika:  71 milyonu ötdü

Dünyada COVID-19-a yoluxanların sayı 71 milyonu keçib.

"worldometers" xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 71 067 177-ə çatıb.

Məlumata əsasən, sutkalıq koronavirusa yoluxanların sayı 406 454, ölənlərin sayı 7 176 nəfər olub.

Yeni növ virusdan ölənlərin ümumi sayı isə 1 594 678, xəstəlikdən sağalanların sayı 49 381 290 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, ilk üç yerdə ABŞ, Hindistan və Braziliyadır.