Dünyada COVID-19-la bağlı SON STATİSTİKA

  • 2021.01.09 11:37
  • 1499 Baxış
Dünyada COVID-19-la bağlı  SON STATİSTİKA

Dünyada koronavirusdan ölənlərin ümumi sayı 2 milyona yaxınlaşır.

Medicina.az "Worldometers"ə istinadən xəbər verir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 1 milyon 922 min 208 nəfərə çatıb.

COVID-19-a bütün dünyada ümumi yoluxma sayı 89 milyon 361 min 504 nəfərə yüksəlib. Sağalanların ümumu sayı isə 64 milyon 30 min 354 nəfər olub.

Ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb ki, bu ölkədə ümumilikdə 22 milyon 456 min 902 nəfərin koronavirus testi pozitiv çıxıb. ABŞ-ı Hindistan, Braziliya və Rusiya izləyir.