Dünyada COVID-19: Ölüm sayı 2 milyon

  • 2021.02.02 10:08
  • 1048 Baxış
Dünyada COVID-19: Ölüm sayı 2 milyon
Dünyada son bir gündə koronavirusa 444 mindən çox yoluxma qeydə alınıb.

“medicina” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 444 580 hal qeydə alınıb, “COVID-19”dan 10 885 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 102 584 351, ölüm hallarının sayı 2 222 647 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 25 817 939 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 746 183), Braziliya (9 176 975), Rusiya (3 868 087), Böyük Britaniya (3 817 180), Fransa (3 145 586), İspaniya (2 705 001), İtaliya (2 553 032), Türkiyə (2 477 463), Almaniya (2 221 971), Kolumbiya (2 086 806) və Argentina (1 922 264) gəlir.