Dünyada COVID-19 statistikası: 72 milyonu ötdü

  • 2020.12.14 09:37
  • 1560 Baxış
Dünyada COVID-19 statistikası:  72 milyonu ötdü

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 72 milyon 646 min 648 nəfərə çatıb.

"Worldometers" saytı xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 618 min 908 nəfərdir. İndiyədək 50 milyon 864 min 820 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.