Dünyada ilk dəfə - İnsanda quş qripi aşkarlandı

  • 2022.04.27 15:19
  • 2209 Baxış
Dünyada ilk dəfə   -  İnsanda quş qripi aşkarlandı

Çində dünyada ilk dəfə olaraq insanın H3N8 quş qripinə yoluxması halı qeydə alınıb.


Medicina.az xəbər verir ki, infeksiya mərkəzi Henan əyalətinin Jumadyan şəhərinin dörd yaşlı sakinində təsdiqlənib.

İnfeksiya aprelin 5-də ev quşları ilə təmas nəticəsində uşağa keçib. Nəticədə uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların bütün qohumlarının sağlam olduğu bildirilir.


Komissiyanın qiymətləndirməsinə əsasən, H3N8 ştammı hələ ki, insanları effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil, ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır./aztibb.az/



H3N8 qripi quşlarda, itlərdə və atlarda olur. İndiyədək virusun bu ştamının insanlara ötürülməsi faktı rəsmi olaraq qeydə alınmayıb. Eyni zamanda, agentlik qeyd edir ki, H3N8 1889-1890-cı illərdə təxminən 1 milyon insanın ölümünə gətirib çıxaran qrip pandemiyasının səbəbi ola bilər.