Dünyada ilk pandemiyaya səbəb olan mikrob tapıldı

  • 2025.09.02 19:15
  • 158 Baxış
Dünyada ilk pandemiyaya səbəb olan    mikrob tapıldı


ABŞ, Avstraliya və Hindistandan olan bir qrup elm adamı dünyada qeydə alınan ilk pandemiya Yustinian taununa səbəb olan bakteriyanın genomunu deşifrə ediblər.



“Medicina” xəbər verir ki, Yustinian vəbası on milyonlarla insanın həyatına son qoyub və eramızın 541-ci ildən 750-ci ilə qədər iki əsr davam edib. Taun əvvəlcə Pelusiumda (indiki Misir ərazisində) başlayıb, sonra bütün Bizans imperiyasına yayılmışdı.

Əvvəllər epidemiyanın arxasında hansı mikrobun olduğuna dair yalnız dolayı əlamətlər var idi .

Taun xəstəliyinə səbəb olan Yersinia pestis mikroorqanizmi Ceraşda (İordaniya, Pelusiumdan təxminən 320 km aralıda yerləşir) kütləvi məzarlıqda tapılıb.

Tədqiqatın müəlliflərindən biri olan Qreq O'Korri-Krou deyib:
"Hədəflənmiş qədim DNT analizi üsullarından istifadə edərək, biz Ceraşdakı keçmiş Roma hippodromunun altındakı dəfn kameralarında tapılan səkkiz insan dişindən genetik materialı uğurla bərpa etdik və ardıcıllaşdırdıq".

Məlum olub ki, vəbadan ölən insanlar demək olar ki, eyni ştamların daşıyıcıları olub. Bu kəşf ölümcül bakteriyanın eramızın 550-660-cı illəri arasında Bizans İmperiyasında mövcud olduğunu təsdiqləyir.

Əvvəllər vəba çöpü Skandinaviya Neolit dövrünə aid məzarlıqlarda tapılmışdı. Danimarka, İsveç, Hollandiya, Kanada və İtaliyadan olan bir qrup alim İsveçdəki səkkiz meqalit və Danimarkadakı bir Neolit dövrü də daxil olmaqla, doqquz dəfn strukturundan qədim insanların DNT-sini təhlil edib.


Aygün Musayeva