Dünyada koronavirus: Son sutkada 8 923 nəfər öldü

  • 2021.03.30 09:01
  • 1049 Baxış
Dünyada koronavirus:  Son sutkada 8 923 nəfər öldü

Dünyada son sutka ərzində 518 201 nəfər koronavirusa yoluxub, 8 923 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 126 890 540 yoluxma hadisəsi, 2 778 619 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 39 faizdən çoxu Şimali və Cənubi Amerikanın (204 009)payına düşür. Digər yerləri isə Avropa (176 469) ilə Cənub-Şərqi Asiya (76 529) bölüşür.