Dünyada koronavirusa rekord yoluxma qeydə alındı ÜST

  • 2020.11.14 09:17
  • 1149 Baxış
Dünyada koronavirusa rekord yoluxma qeydə alındı  ÜST

Dünyada son sutkada koronavirusa yoluxma sayı 628 136 olub ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Bu barədə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Qeyd edilib ki, Avropada (291 mindən çox), eləcə də Şimali və Cənubi Amerikada (234 mindən çox) daha çox yoluxma hadisəsi baş verib.

Ümumilikdə, dünyada 52 milyondan çox yoluxma, 1,29 milyondan çox isə ölüm qeydə alınıb.