Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu ötdü - ÜST

  • 2020.08.05 08:01
  • 2594 Baxış
Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu ötdü -  ÜST
Son sutkada dünyada koronavirusa 219 min insan yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, bununla da dünyada koronavirusa yoluxanların ümumi sayı 18 milyonu ötüb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada ümumilikdə 691 min insan koronavirusdan ölüb.

ÜST-ün məlumatına görə, dünyada COVID-19-a ümumilikdə 18 142 718 insan yoluxub, 691 013 nəfər təhlükəli infeksiyadan ölüb.

Son sutkada dünyada daha koronavirusa 219 862 yoluxma qeydə alınıb, COVID-19-dan 4 278 ölüm aşkarlanıb.