Dünyada koronaya yoluxma sayı 103 milyona çatır

  • 2021.02.03 09:43
  • 1138 Baxış
Dünyada koronaya yoluxma sayı 103 milyona çatır
Dünyada son bir gündə koronavirusa 349 mindən çox yoluxma qeydə alınıb.

“medicina” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 349 263 hal qeydə alınıb, “COVID-19”dan 9 423 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 102 942 987, ölüm hallarının sayı 2 232 233 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 25 930 068 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 766 245), Braziliya (9 204 731), Rusiya (3 884 730), Böyük Britaniya (3 835 787), Fransa (3 149 255), İspaniya (2 705 001), İtaliya (2 560 957), Türkiyə (2 485 182), Almaniya (2 228 085), Kolumbiya (2 094 884) və Argentina (1 927 239) gəlir.