Dünyada Meymunçiçəyi pandemiyası elan edildi - DİQQƏT!

  • 23 İyn 2022 17:01
  • 2002 Baxış
Dünyada Meymunçiçəyi pandemiyası elan edildi    - DİQQƏT!

Dünyada meymunçiçəyi xəstəliyi ilə bağlı pandemiya elan edilib.


Bakupost.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) məlumat verib.


Bildirilib ki, dünyanın 58 ölkəsində 3,4 mindən çox təsdiqlənmiş xəstəliyə yoluxma halı artıq qeydə alınıb və bu, bir neçə qitədə sürətlə yayılır.


“Qarşılıqlı qlobal tədbirlər olmadan epidemiya bitməyəcək. Çiçək xəstəliyindən çox aşağı ölüm nisbəti olsa belə, davamlı yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insan öləcək və daha çox insan kor və əlil olacaq”, - deyə açıqlamada qeyd edilib.
Vurğulanıb ki, qabaqcadan tədbirlər görülsə, ən az səylə epidemiyaya nəzarət etmək və nəticələrin daha da pisləşməsinin qarşısını almaq mümkün olacaq.


Qeyd edilib ki, indiyədək ən çox yoluxma böyüklərdə olub, lakin uşaqlar arasında xəstəliyin hər hansı yayılması daha ağır hallara və daha çox ölümə səbəb olacaq.


Fəridə
Baku Post