Dünyada meymunçiçəyinə yoluxma artır - ÜST

  • 2022.06.28 09:52
  • 1643 Baxış
Dünyada meymunçiçəyinə yoluxma artır -  ÜST
Dünyada meymunçiçəyinə yoluxma halları artır. İlin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə 3 413 laborator yoluxma halı qeydə alınıb, bir ölüm faktı məlumdur.


Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.


“2022-ci il yanvarın 1-dən iyunun 22-dək ÜST-ə 50 ölkədə, 5 region ərazisində laborator təsdiqlənmiş 3 413 yoluxma halı və 1 ölüm barədə məlumat daxil olub”, - sənəddə vurğulanır.


Təşkilat qeyd edib ki, əvvəlki bülletenin dərc edildiyi gündən - iyunun 17-dən indiyədək 1 310 yeni yoluxma qeydə alınıb. Bundan əlavə, daha səkkiz ölkə yoluxma halları barədə məlumat verib.


Laboratoriya tərəfindən təsdiqlənmiş halların əksəriyyəti (86 %) Avropada müəyyən edilib. Siyahıda sonrakı yerləri Amerika (11 %), Afrika (2 %), Şərqi Aralıq dənizi (1 %-dən az) və Asiya-Sakit okean (1 %-dən az) regionu tutur.