Dünyada koronavirus: 110 milyonu ötdü

  • 2021.02.17 09:34
  • 1018 Baxış
Dünyada koronavirus:  110 milyonu ötdü
Dünyada COVID-19-a yoluxanların sayı 110 milyonu keçib.

Medicina.az “worldometers”ə istinadən xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 110 035 724-ə çatıb.

Bildirilib ki, xəstəlikdən ölənlərin sayı 2 429 822, virusdan sağalanların sayı isə 84 865 039 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk sıralardadır.