Dünyada yoluxanların sayı 64 milyonu ötdü

  • 2020.12.02 09:45
  • 1196 Baxış
Dünyada yoluxanların sayı 64 milyonu ötdü
Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 64 milyonu ötüb.


Bu barədə “worldometers.info”da məlumat verilib.


Belə ki, indiyədək 64 116 404 nəfər koronavirusa yoluxub, 1 484 812 nəfər bu virusdan dünyasını dəyişib, 44 324 716 nəfər sağalıb.

Hazırda dünyada 18 306 876 aktiv koronavirus xəstəsi var ki, onlardan da 105,798-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.