Dünyada "zombi" virusu yayılır?

  • 2023.12.29 14:19
  • 1464 Baxış
Dünyada "zombi" virusu yayılır?
Amerikanın simvolu olan meşə maralları arasında qəribə virus yayılır.


"Medicina" xəbər verir ki, el arasında və yerli baytarların "zombi" dediyi bu virusun müalicəsi yoxdur.


Xəstəlikdən ölmüş erkək maralın cəsədi Milli Qoruqda tapılıb. Xəstəlik beynin funksiyalarını pozur, marallar sanki zombiyə dönür, heç kimdən hürkmür və qəribə hərəkətlərlə ortalıqda gəzir və elə gəzə-gəzə ölür.


Ekspertlər virusun daha çox marala və digər heyvanlara, onlardan isə heyvanlara keçmə ehtimalını dəyərləndirib.

Yoluxmuş əti yemək və yoluxmuş heyvanın qanı, ağız suyuna toxunmaq risklidir.

Hələlik ÜST bu xəstəliyə reaksiya verməyib.

Aygün