Dünyanı sarsan epidemiyanın sona çatacağı TARİX BƏLLİ OLDU

  • 23 Sen 2020 11:34
  • 1403 Baxış
Dünyanı sarsan epidemiyanın sona çatacağı  TARİX BƏLLİ OLDU

Rusiyada əhalinin vaksinasiya səviyyəsi 70-80%-ə çatarsa, ölkədə koronavirusun sirkulyasiyası 2021-ci ilin noyabrına qədər dayana bilər.

Medicina.az Publika.az-a istinadən xəbər verir ki, bu proqnozu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Qintsburq verib. O bildirib ki, noyabr ayına qədər beş-altı milyon doza peyvənd istehsal ediləcəyinə ümid edir. Bu, əhalini 9-12 ay ərzində peyvəndləməyə və peyvənd səviyyəsini 70-80%-ə çatdırmağa imkan verəcək.

“Vaksinasiya patogenin populyasiya səviyyəsində dövriyyəsini dayandırmağa imkan verəcək”, - o, mətbuat konfransı zamanı əlavə edib.

Qintsburq həm də peyvəndin qeydiyyatdan sonrakı araşdırmalarının necə davam etdiyindən söz açıb. Dərmanın ilk komponenti (ümumilikdə ikisi) artıq 2000 könüllü tərəfindən qəbul edilib. Onların 14-15%-i qızdırma və baş ağrısı kimi ağırlaşmalara sahibdir, lakin hamısı ilk gün ərzində yox olur. Peyvəndlərin 85 faizinin əks təsiri olmayıb.