İlk təsdiqlənmiş peyvənd 90 yaşlı qadına vuruldu VİDEO

  • 2020.12.08 12:46
  • 1541 Baxış
İlk təsdiqlənmiş peyvənd 90 yaşlı qadına vuruldu  VİDEO

Dünyanın təsdiqlənmiş ilk peyvəndi inyeksiya olunub.

“Pfizer”-“BioNTech” əməkdaşlığı çərçivəsində ərsəyə gətirilən peyvənd Koventirdəki universitet xəstəxanasında 90 yaşlı İngiltərə vətəndaşı Marqaret Kenana vurulub.

Beləliklə, Kenan dünyada təsdiqlənmiş ilk COVID-19 peyvəndli şəxs olub.

Qeyd edək ki, Birləşmiş Krallıqda ilk peyvəndlər səhiyyə işçiləri və 80 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.