Düyünlü zobun 7 yaranma səbəbi – Nə etməli?

  • 2023.12.29 20:06
  • 2928 Baxış
Düyünlü zobun 7 yaranma səbəbi  – Nə etməli?

Qalxanvari vəzdə problem, düyün olduqda enerji mübadiləsi pozulur, hormonlar azalır.

Bu orqanın toxuması çoxsaylı follikullardan ibarətdir. Orqanda düyün məhz bu follikullardan birinin böyüməsidir.

Statistikaya görə, əhalinin 6-7%-də bu patologoya var, 10% isə hələ bundan xəbərsizdir. Çünki insan zobu, düyünü olduğunu illərlə hiss etmir.

“Medicina” düyünlü zobun yaranma səbəblərini təqdim edir:
Hələ ki, elm dəqiq səbəbi təyin etməyib.

Bu vaxta qədər hesab edilir ki, düyünün səbəbi sırf yod çatışmazlığıdır. Amma alimlər düyünlərin yaranmasında yodun əsas rol oynamadığını bildirib.

Əsas səbəblərdən:

- Hormonal disbalans – tireod hormonların azlığı
- İrsi nəsil genetika

- Pis ekoloji durum, çirkli hava, radiasiya
- Orqanizmdə turşu-qələvi balansının pozulması
- Zərərli qidalar yemək

- Stress
- Vitamin-mineral çatışmazlığı

Düyünlü zobun müalicəsi ilə endokrinoloq məşğul olur.

Aygün