Salmonella məişətdə çox istifadə edilən süfrə duz qabınızda yaşaya bilər
Mətbəxlərimizdə saxladığımız ədviyyat qabları nadir hallarda yuyulur və dezinfeksiya edilir.
Medicina.az xəbər verir ki, Rutgers Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma bunu sübut edib.
Mümkün qida zəhərlənməsindən qorunmaq üçün mətbəxlərimizdəki bütün səthlər və əşyalar yaxşıca yuyulmalı və dezinfeksiya edilməlidir. Mətbəxdə çiy qida bişmiş qidaya çevrilir, lakin bu proses zamanı həmin çiy qidadan bəzi bakteriyalar doğrama taxtalarına, müxtəlif bıçaq-qaşıqlara və digər səthlərə çökə bilər. Yeni bir araşdırmanın göstərdiyi kimi, hətta təcrübəli ev aşpazları belə duz qablarını, istiot qablarını və digər ədviyyat qablarını dezinfeksiya etməyi unudurlar.
Müəlliflər müxtəlif mətbəx əşyalarını sınaqdan keçiriblər və duz qablarının unudulduğunu aşkar ediblər. Halların demək olar ki, yarısında onlar yemək hazırlayarkən istifadə edildikdən sonra bakteriya ilə çirkləniblər.
Məsələn, bir insan çiy əti sadəcə doğrayıb, əllərini sabunla yumamış, əvəzinə duz qabı götürmüş, istifadə etmiş və sonra geri qoymuş ola bilər. Nəticədə, ət çiy toyuq, hinduşka və ya digər qidalardan gələn bakteriyalarla çirklənmiş ola bilər.
Mütəxəssislər soyuducu tutacaqlarını, zibil qutusu qapaqlarını və doğrama taxtalarını digər tez-tez çirklənmiş səthlər kimi göstərirlər. ABŞ-da hər il 1,35 milyon salmonella infeksiyası və təxminən 420 ölüm hadisəsi qeydə alınır.
Aygün Musayeva