Əczaçılıq məhsullarının idxalı sentyabrda 30%-dək artıb - Azərbaycanda

  • 2020.10.20 13:20
  • 1193 Baxış
Əczaçılıq məhsullarının idxalı sentyabrda 30%-dək artıb -  Azərbaycanda

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 271,14 mln. ABŞ dolları dəyərində 16 936,84 ton əczaçılıq məhsulları idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin ilk doqquz ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8% həcmi isə 51,44% artıb.

Təkcə bu ilin sentyabr ayı ərzində ölkəyə 28,14 mln. dollar dəyərində 2 030,6 ton sözügedən məhsullardan idxal edib ki, bu da avqust ayı ilə müqayisədə dəyər ifadəsində 2,7%, həcm ifadəsində isə 29,6% çoxdur.