Əfqanıstanda naməlum epidemiya yayıldı

  • 2022.12.21 14:34
  • 4242 Baxış
Əfqanıstanda naməlum epidemiya yayıldı


Əfqanıstanın Cənubi Zabul əyalətində naməlum xəstəlik epidemiyası iki uşağın həyatına son qoyub.

Bakupost.az xəbər verir ki, bu barədə “TOLO news” telekanalı yerli səhiyyə departamentinin rəhbərinə istinadən məlumat yayıb.

Belə ki, əyalətin şərqində yerləşən Şadjoy rayonunda gündə azı 80 nəfər xəstələnib və iki uşaq ölüb.


Sözügedən xəstəliyin hansı növü göstərilmir. Həkimlər infeksiyanın əsas əlaməti kimi şiddətli hərarəti, ağız və burundan qanaxmanı göstərirlər.