Əgər sizdə bu 4 problemdən biri varsa, o zaman limon yeyin

  • 2019.01.11 09:15
  • 20340 Baxış
Əgər sizdə bu 4 problemdən biri varsa, o zaman limon yeyin
 

Limon, naringi, portağal, qreypfrut meyvələr sitrus bitkiləri ailəsinə məxsusdur. Bu meyvə universal hesab edilə bilər. Belə ki, onun tərkibində təkcə C vitamini yox, həmçinin də digər bir çox vitaminlər və minerallar mövcuddur. Limonun tərkibində hətta zülal və karbohidrat da var. 


Medicina.az xəbər verir ki, əgər sizin sağlamlıqla bağlı bu problemləriniz varsa, limon şirəsi sizə kömək edəcək: 


Çəki atmaq istəyirsinizsə;


Orqanizmi şlaklardan təmizləmək istəyirsinizsə;


Bağırsağların mütəmadi şəkildə işləməsini istəyirsinizsə;


Əgər pH səviyyəsini normada saxlamaq istəyirsinizsə;

 

Həzm problemlərini aradan qaldırmaq istəyirsinizsə;


Bakteriyaların inkişafının qarşısını almaq üçün;

 

Əgər ağrılarınıza və bədəndə gedən iltihaba son qoymaq istəyirsinizsə;


Hamilə qadınlar limon şirəsini su qarışdıraraq içdikdə uşağın sümükləri yaxşı inkişaf edir. Belə ki, limonun tərkibində olan kalsium sümüklər və dişlər üçün çox faydalıdır. Həmçinin də onun tərkibində olan kalium baş beyin və sinir hüceyrələri üçün də faydalıdır. 


Hansı xəstəliklərdə istifadə oluna bilər? 


1. Zökəm əleyhinə


Limonun tərkibində olan faydalı maddələr qış aylarında qrip və zökəmin müalicəsində əhəmiyyətli rol oynayır. Bu məqsədlə onu təzə halda istifadə etmək daha yaxşıdır.  

 

2. Qəbizlik zamanı 


Limonun faydalı xüsusiyyətləri həzm problemləri əsasən də qəbizlik zamanı köməyə gəlir. Bu meyvənin tərkibində bol miqdarda lif mövcuddur. 


3. Qanazlığı zamanı 


Limon qanazlığı və qan təzyiqinin qəflətən qalxması zamanı çox kömək edir. Onun tərkibində olan dəmir elementi qırmızı qan kürəciklərinin sayını artırır, qan damarlarının divarını qüvvətləndirir.

 

4. Angina zamanı 

Limon iltihabəleyhinə xüsusiyyətə malikdir. Bunun sayəsində angina zamanı ağız boşluğunu və boğazı onun şirəsi ilə qarqara etmək müsbət nəticə verir. 


Arzu

Medicina.az