Əhaliyə xəbərdarlıq: küçələrdə “zəhərli pişik” dolaşır

  • 2024.03.14 11:01
  • 407 Baxış
Əhaliyə xəbərdarlıq: küçələrdə “zəhərli pişik” dolaşır
Yaponiyanın qərbində yerləşən Fukuyama şəhərində pişik təhlükəli kimyəvi maddə ilə dolu olan çənə düşüb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, kanserogen kimyəvi maddə olan altıvalentli xromla dolu çəndən çıxan pişik hadisə yerindən uzaqlaşıb.

Təhlükəsizlik kameraları sayəsində pişiyin küçələrdə sərbəst şəkildə gəzdiyi anlaşılıb. Sakinlərə anormal görünən pişiyə toxunmamaq barədə xəbərdarlıq edilib.

Həyəcan təbili çalan səlahiyyətlilər əhalidən pişiyi və ya onun arxasında buraxdığı izləri gördükləri zaman polisə xəbər etmələrini xahiş ediblər.

Bildirilib ki, altıvalentli xrom dəridə qıcıqlanmalara, nəfəs darlığına və korluğa səbəb ola bilər.

Belə təhlükəli maddəyə məruz qalan heyvanın ölmüş ola biləcəyi də ehtimal edilir.


Aysel